İvanovoda məhkəmə cinsi əlaqə zamanı partnyorunu təsadüfən öldürən şəxsə hökm oxuyub.
Lent.az xarici mediaya istinadən bildirir ki, İvanovo Vilayət Məhkəməsinin saytında dərc olunmuş materiala görə, bu hadisə bu ilin yazında baş verib.
57 yaşlı yerli sakin və onun 83 yaşlı məşuqəsi axşamları birlikdə keçirirmiş. Əvvəlcə spirtli içki qəbul ediblər, sonra sevişiblər. Ehtirasla, kişi partnyorunu parça ilə erotik şəkildə boğub, lakin materialda deyildiyi kimi, gücünü hesablamayıb. Nəticədə yaşlı qadın dünyasını dəyişib.
Məhkəmə işə baxdıqdan sonra həmin şəxsi ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilib və 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edib. Məhkəmənin qərarına əsasən, məhkumun maaşının 10 faizi dövlətin xeyrinə tutulacaq.