İtə görə 9 illik ailəsini dağıtdı:  ŞOK BOŞANMA
19 dekabr 2023 15:43 (UTC +04:00)

İtə görə 9 illik ailəsini dağıtdı: ŞOK BOŞANMA

Türkiyədə qeyri-adi boşanma hər kəsi təəccübləndirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, sözügedən boşanma İstanbul Bakırköy məhkəməsində baş tutub. G.S. adlı qadın evə it gətirdiyi üçün 9 illik əri V.S.-ya qarşı iddia irəli sürüb. Belə ki, kişi keçmiş arvadından olan qızının sahibləndiyi iti evə gətirib qulluq etmək istəyib. Bu zaman onun hazırki arvadı G.S. bunu qəbul etməyib və itlərə qarşı fobiyası olduğunu deyib. Ancaq bir neçə gün əri onun sözünü eşitmədiyi üçün qadın “Ya mən, ya it” deyə şərt qoyub. Nəticədə V.S. iti seçib.

Bu isə qadının boşanmaq istəyini qətiləşdirib. Bakırköy məhkəməsi qadının iddasını təmin edib. Məhkəmə V.S.-nin 20 min lirə maddi (təxminən 1170 manat), 30 min lirə mənəvi (təxminən 1755 manat) təzminat və ayda 1000 lirə (təxminən 58 manat) aliment ödəməsinə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5370
avatar

Oxşar yazılar