"İlk baxışdan sevgi olmayıb" -  ZELENSKİNİN XANIMI
21 iyun 2022 19:14 (UTC +04:00)

"İlk baxışdan sevgi olmayıb" - ZELENSKİNİN XANIMI

“Zelenski ilə münasibətimiz məktəb vaxtından başlayıb. Amma onu sevəcəyimi bilmirdim”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya “The Economist”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ilk baxışdan aralarında sevgi olmayıb:

“Ancaq onun yaxşı adam olduğuna əmin idim. Yaxşı yumor hissi vardı. Evlənməmişdən əvvəl səkkiz il görüşmüşük. Yalnız 2003-cü ildə münasibətlərimizi rəsmi şəkildə qanuniləşdirməyə qərar verdik. Evlilikdən iki gözəl övladımız var: qızımız Aleksandra və oğlumuz Kiril”.

Zelenskaya həmişə ərinin yanında olduğunu, ona dəstək verdiyini söyləyib. O, müsahibəsində həyat yoldaşının həmişə onu tənqid etdiyini, heç vaxt tərifləmədiyini qeyd edib.

Xatırladaq ki, 2019-cu ildə Vladimir Zelenski Ukraynada keçirilən prezident seçkilərində qalib gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2772
avatar

Fidan İlqar

Oxşar yazılar