Karyerasını Səudiyyə Ərəbistanı komandalarından olan "Əl-Hilal"da davam etdirən Neymar ikinci dəfə ata olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 31 yaşlı ulduz futbolçu və sevgilisi 28 yaşlı Bruna Biancardi qız uşaqlarının olduğunu açıqlayıb.
Cütlük qızlarına Mavie adını verib. Neymarın keçmiş sevgilisi Karolina Dantasdan 12 yaşlı Davi Luka adlı oğlu var.
Cütlük qızları ilə ilk fotolarını “Instagram”da paylaşaraq, "Maviemiz həyatımıza qatıldı. Xoş gəldin, qızımız! Biz səni çox sevirik. Bizi seçdiyiniz üçün təşəkkür edirik" mesajını yazıb.
Cütlük 2022-ci ilin əvvəlindən birlikdədir. Həmin ilin yayında qısa müddət ərzində ayrılıblar və yenidən bir araya gəliblər.