Ərinin  məşuqəsini tapdı:   Görün bunu necə etdi?
27 dekabr 2021 01:24 (UTC +04:00)

Ərinin məşuqəsini tapdı: Görün bunu necə etdi?

TikTok istifadəçisi Emi Eddison ərinin ikili həyat sürdüyünü necə öyrəndiyini paylaşıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, evli olduqları müddətdə onun gizli məşuqəsi iki övladının dünyaya gəldiyi üzə çıxıb.

 Eddison toylarının 10-cu ildönümündən bir müddət əvvəl ərinin onu aldatdığını ifşa edib.

Onun sözlərinə görə, bu, uşaqların doğulması ilə bağlı xəbərləri dərc edən yerli qəzeti vərəqləyərkən baş verib: “Valideynlərin adlarını, uşağın cinsini, nə vaxt  və hansı xəstəxanada doğulduğunu göstərirlər. Beləliklə, mən ərimin və başqa bir qadının adını tapdım. Aydın oldu ki, məhz o özüdür. Qeyriadi adı olduğu üçün hər şey aydın idi”, - qadın iddia edir.

Eddison, qəzetdəki məlumatları adıçəkilən xəstəxananın saytında yoxlamaq qərarına gəlib: “Ərimin və həmin qadının adlarını yazdım, məlum oldu ki, həqiqətən bir neçə gün əvvəl onların oğlu doğulub”.

Bundan ilyarım əvvəl isə onların qızlarının dünyaya gəldiyi də üzə çıxıb.
 
 

# 3606
avatar

Oxşar yazılar