77 yaşlı Şerin 37 yaşlı sevgilisi cinsi iştahının öhdəsindən gələ bilmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Şer, sevgilisi Alexander "A. E." Edvards ilə həyatının ən yaxşı cinsi əlaqəsi ilə öyünüb, lakin insayderlər onun doymaz cinsi iştahının gənc prodüseri "yorduğunu" və cütlüyün işgüzar əməkdaşlığına mane olduğunu düşünürlər.
Mənbələr Edvardsın əfsanəvi müğənninin seksual iştahını təmin edə bilmədiyini bildirib. “A.E. əsəbiləşir və nə edəcəyini bilmir”, – bir insayder bildirib. “Hər dəfə daha çox istəyir və tələb edir. Bu, onun üçün böyük bir yükə çevrilib və açığını desəm, münasibətlərə yük olub”, - insayder əlavə edib.
Şer və Aleksandr yazda qısa müddətə ayrılıblar. "Şer əmin idi ki, A.E. ondan sadəcə statusu və milyonları üçün istifadə edir", - mənbə deyib. “Ancaq o, ürəyinin arxasınca getməyə və ona ikinci şans verməyə qərar verdi. O vaxtdan onlar ayrılmazdırlar”.
Şer deyir ki, Aleksandrın qayıdışı onu 40 yaş cavanlaşdırıb”, – mənbə müğənni haqqında deyib. “O deyir ki, sağlamlığı həmişəkindən daha yaxşıdır və bu, onun yüksək ehtirasında əks olunur. Ümid edək ki, bu, oğlanı qorxutmayacaq”, - insayder əlavə edib.