Dünya şöhrətli aktrisa Meril Strip 45 illik evliliyini bitirdiyini açıqlayıb.
Lent.az “Page Six”a istinadən xəbər verir ki, Hollivud ulduzu Meril Strip və əri Don Qummer ayrılıb.
Aktrisanın yaxınlarının sözlərinə görə, onlar ayrılsalar da, həmişə bir-birinin yanında olacaq.
Qeyd edək ki, aktrisa 1978-ci ildə heykəltəraş Qummerlə evlənmişdi. Onlar şou-biznes sahəsindəki ən güclü münasibətlərdən biri hesab olunurdu. Bu evlilikdən onların dörd övladı olub.
Strip üçqat Oskar mükafatçısıdır.