Bəy toy mərasimini gözlədi: 200 qonağın qarşısında gəlini ŞOKA saldı
13 avqust 2023 15:47 (UTC +04:00)

Bəy toy mərasimini gözlədi: 200 qonağın qarşısında gəlini ŞOKA saldı

İtaliyada toyda ciddi qalmaqal baş verib: bəy gəlini şəhərin bütün yüksək ictimaiyyəti qarşısında danlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hər şey Turində 64 yaşlı bankir Massimo Seqre ilə 47 yaşlı siyasi məsləhətçi Kristina Seymandinin evlənməli olduğu mərasimdə baş verib. Cütlük evlənmədən əvvəl üç il görüşüblər.

Bəy sevgilisinin vəkillə romantikasından xəbər tutsa da, toyu ləğv etməsə də, 200 qonağın qarşısında keçirilən mərasimdə “yox” deyib. Qəzəblənmiş kişi gəlinə vəkili ilə bal ayına getməyi də təklif edib.

Şoka düşən gəlin narahatlığı və nüfuzunu itirdiyi üçün keçmiş bəyi məhkəməyə vermək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8103
avatar

Oxşar yazılar