Adını bir neçəfə dəyişib 250 qadınla  görüşdü
13 fevral 2023 19:22 (UTC +04:00)

Adını bir neçəfə dəyişib 250 qadınla görüşdü

Kanadanın Toronto şəhər sakini 250 qadınla münasibət qurmaq və fırıldaq yolu ilə pul ələ keçirmək məqsədilə adını bir neçə dəfə dəyişərək onlarla görüşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Con Mulder adını dəfələrlə dəyişdirərək, əksəriyyəti ana olan 100 qadınla münasibətdə olduğu iddiası ilə mühakimə edilib. Daha 150 qadınla onları aldatmaq üçün tanış olmağa başlayıb. Bütün bu hərəkətləri kanadalı müxtəlif adlar altında həyata keçirib. 

Həmin adlar arasında “Conni Myers”, “Con Meyers”, “Con Bolder” və “Con Mulders” və s. var idi.

Yon Mulderin əməllərinin qurbanları məhkəmədə elan olunana qədər onun əsl adını bilməyiblər.

2013-cü ildə Mulder dələduzluq ittihamı ilə artıq 683 gün həbsdə yatıb. Daha sonra məhkəmə ondan 7,3 min Kanada dolları məbləğində təzminat ödəməsini tələb edib. Adam cəmi 1000 dollar ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5013
avatar

Oxşar yazılar