70 yaşlı qadın orta məktəb sevgilisinə qovuşmaq üçün dünyanın yarısını gəzib.
Lent.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Aralarındakı münasibət orta məktəbdə başlayıb, lakin tale onları ayırıb. Buna baxmayaraq, uzun illərdən sonra yenidən bir-birlərini tapmağı bacarıblar. Qadının nəvəsi Noa Russi bu heyrətamiz ömürlük sevgi hekayəsindən danışıb.
O bildirib ki, nənəsi və onun seçdiyi digər partnyorlarından altı övladı var. Məktəb sevgililərinin hər ikisinin yoldaşı xərçəngdən ölüb. Bundan sonra cütlük yeniyetməlik illərindən bəri bir-birlərini görməsələr də, yenidən birləşməyə qərar veriblər. Ancaq uzun illər bir-birilərini görməməkləri, onların yenidən bir araya gəlməsinə mane olmayıb.
Bir çox internet istifadəçisi bu hekayədən çox təsirlənib. Onlar heyrətamiz bir həyatın nə olduğuna və bu cütlüyün əsl sevgini iki dəfə yaşamaq üçün şanslı olduğuna ürəkdən təəccüblənirlər.