17 il əvvəl   itən nişan üzüyü sahibinə qaytarıldı
10 sentyabr 2022 19:58 (UTC +04:00)

17 il əvvəl itən nişan üzüyü sahibinə qaytarıldı

Kanadada bir üzgüçü Britaniya Kolumbiyası əyalətində yerləşən Pentikton su kanalında üzük tapıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “UPI” xəbər agentliyi məlumat yayıb.

Hadisə barədə polisə xəbər verildikdən sonra üzüyün sahibi axtarılıb. Məlum olub ki, üzüyün sahibi onu 17 il əvvəl itirən Stefani və Noel adlı cütlükdür. 

Belə ki, üzüyün içində Stefani və Noelin adları yazılıb.

Üzük tapılması barədə yayılan xəbərlər Stefaninin atasının diqqətini çəkib və qızının belə bir üzüyünün olub-olmadığını soruşub. Qızı Noel Nissen isə üzüyünü 17 il əvvəl itirdiyini bildirib. Nissen sözlərinə görə, həmin vaxt dostları ilə su kanalında əylənməyə gediblər və orada üzüyünü itirib. 

Üzüyü təsadüfən tapan üzgüçü qiymətli halqanı çütlüyün evliliklərinin 20-ci ildönümü üçün hədiyyə edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5676
avatar

Sevinc Fərid

Oxşar yazılar