Pənah Hüseyn parlamentə əli kitablı gəlib
Oqtay Əsədov: “Mən bilmirdim ki, Pənah Hüseyn də ingiliscə bilir”
Millət vəkili Pənah Hüseyn Milli Məclisin bugünkü iclasına özü ilə bir kitab gətirib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, ingilis dilində olan kitab iqtisadiyyat sahəsinə aid olub. P.Hüseyn həmin kitabı parlamentin vitse-spikeri Valeh Ələsgərova gətirdiyini deyib. O, V.Ələsgərovun noyabrın 12-də söylədiyi fikirlərə əks arqumentlər gətirmək üçün kitaba müraciət etdiyini deyib.
Milli Məclisin spikeri Oqtay Əsədov isə məsələ ilə bağlı bunları deyib: “Milli Məclisin üzvləri arasında ingilis dilini bilənlər var. Ancaq mən bilmirdim ki, Pənah Hüseyn də ingiliscə bilir. Əgər ingilis dilini bilirdinizsə, biz sizi də xaricə göndərdiyimiz nümayəndə heyətinin tərkibinə salaydıq”.
Məsələyə YAP-dan olan millət vəkili Səyavuş Novruzov da reaksiya verib: “Burada həmkarlarım vaxtın 5, yoxsa 10 dəqiqə olması barədə müzakirə apardı. Lakin 10 dəqiqə vaxt istəyən həmkarımız Pənah Hüseyn çıxışının 3 dəqiqəsini hörmətli Valeh müəllimə kitab gətirməsindən danışdı. Valeh müəllimin kabineti bəlli, yeri bəlli, kitab aparmaq istəyirsənsə işdən əvvəl, ya işdən sonra apar ver. Görün, vaxtın azlığından şikayətlənir, ancaq nədən danışır. Bu da onu göstərir ki, bəzi insanların mövzu ətrafında deməyə sözü yoxdur”.

Oxşar yazılar

Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34