Yaponiyanın Fukisima şəhərində ayı kişini parçalayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, qurban qəzet paylayan 52 yaşlı şəxs olub. Onun çoxsaylı xəsarət izləri olan kolluqlarda tapılıb.
Hadisədən sonra hakimiyyət Fukusima sakinlərini diqqətli olmağa çağırıb və polis gecə-gündüz küçələrdə xidmət etməyə başlayıb. Hadisə şəhər sakinləri arasında çaxnaşma yaradıb: insanlar təhlükə üzündən küçəyə çıxmağa qorxurlar, uşaqların maşın və ya avtobuslara minmələrinə imkan vermirlər.
Ayı isə hələ tutulmayıb. Heyvan bu yaxınlarda hadisə yerindən çox uzaqda olmayan ibtidai məktəbin yaxınlığında görülüb və daha sonra supermarketin yaxınlığında pəncə izləri və qəhvəyi xəz parçaları tapılıb.