İsmayıl Məmmədov: “Sözlərin yazılışında hərc-mərclik var” – MÜSAHİBƏ
- Azərbaycan dilinin yeni hazırlanan orfoqrafiya lüğətinə nə qədər söz əlavə ediləcək?
- Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi. 2004-cü ilin nəşrində, yəni hazırkı lüğətdə sözlərin sayını 22 min artıraraq 80 minə çatdırdıq. Yaxın gələcəkdə işıq üzü görəcək yeni lüğətə yəqin ki, 2-3 minə yaxın yeni söz əlavə ediləcək. Hazırda bu sözlər hazırlanır. Ümumilikdə isə lüğətdəki sözlərin sayını 100 minə çatdırmağı planlaşdırırıq.
- Lüğətə hansı yeni sözlər əlavə ediləcək və hansılarının yazılışında dəyişiklik olunacaq?
- Yeni lüğətə “diskresiya”, “toparlamaq”, “transsərhəd”, “aksesuar”, “ağır-cəngi”, “kimlik” sözləri daxil ediləcək. “Kimlik” hazırkı lüğətdə var, amma yeni lüğətə şəxsiyyət vəsiqəsi kimi salınacaq. Bununla yanaşı, “super”, “ober” kimi hissəciklərin birləşməsindən yaranan sözlər də yeni lüğətə əlavə ediləcək. Bu hissəcikdən yaranan sözlərin müəyyən hissəsi lüğətə daxil edilib, amma bəziləri qalıb. Rus dilinin orfoqrafiya lüğətində “super”lə bağlı 21 söz var. 2004-cü ildə nəşr edilən Azərbaycan dilinin orfoqrafiya lüğətində isə belə sözlərin sayı 17-dir. Qalan sözlər, məsələn, “super-yaxta”, “super-market” və s. lüğətə düşməyib. “Ober”lə bağlı “ober-şturmbannfürer”, “ober-ştrumfürer”, “ober-leytenant”, “ober-zabit”, “ober-usta” sözləri lüğətdə yoxdur, onlar lüğətə salınmalıdır. Bu sözlər dildə işlənir. Bundan əlavə, “super”lə olan sözlər köhnə lüğətdə bitişik yazılıb. Yeni orfoqrafiya qaydalarında isə göstərilir ki, belə sözlər defislə yazılmalıdır. Buna görə də yeni lüğətdə “super” və “ober” hissəciyindən yaranan sözlər defislə veriləcək. Əvvəlki orfoqrafiya qaydalarında mövcud olan “varı” şəkilçisi yeni qaydalarda “vari” kimi göstərilib. Buna görə də hazırkı lüğətdə verilən “buynuzvarı”, “qalxanvarı”, “yüngülvarı”, “üzükvarı”, “spiralvarı” sözlərindəki sonuncu “ı” saiti yeni lüğətdə “i” yazılacaq.
- Yeni sözlər hansı meyarlarla seçilib?
- Lüğət işi iynə ilə gor qazmaq kimi bir işdir. Lüğətə hər sözü salmaq olmur. Bu sözlər Azərbaycan dilinin qayda-qanunlarına uyğun olmalıdır. Lüğətə salınacaq əsas yeni sözlər mətbuatda, televiziyalarda, radiolarda, elmi və bədii ədəbiyyatda işlənən sözlərdir. Nəzərdə tutmuşuq ki, lüğətin sonuna coğrafi, şəxs adlarını da əlavə edək. 1960-cı ilin lüğətində qadın, kişi adlarının siyahısını verilmişdi. Bu siyahının verilməsi insanlara orfoqrafik səhvlərin düzəldilməsində çox kömək edə bilər.
- Apostrofun ləğvi ilə əlaqədar hansısa sözlərin yazılışında dəyişikliklər olacaq?
- 2004-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında apostrof işarəsi ləğv edildi. Apostrof ləğv edildiyi üçün hazırda 80-ə yaxın söz apostrofsuz yazılır. Bu qərardan sonra lüğətdə “şer” sözünü “şeir” kimi yazmışıq. Amma eyni mövqeli olan “fel” sözü hazırda elə “fel” də yazılır. Bu sözün də “i” saiti artırılaraq “feil” kimi yazılması zərurəti var. 1940-50-ci illərin kitablarında “fel” “feil” kimi yazılıb. Bu dəyişikliklə əlaqədar “feli sifət”, “feli bağlama” kimi birləşmələrdə, “felən”, “felli” kimi sözlərdə “fel”in “feil” kimi yazılması lazımdır. Qərarlaşdırmışıq ki, bu sözləri yeni lüğətlərdə “i” saiti əlavə etməklə yazaq. Çünki burada böyük qanunauyğunluq var. Apostrofla yazılmış qalan sözlər isə dəyişməyəcək.
- Çap edilən və elektron variantda İnternetdə yerləşdirilən bəzi lüğətlərin özlərində orfoqrafik səhvlərə rast gəlinir. Bu da nəyə istinad etməyin daha doğru olması ilə bağlı mübahisələrə yol açır. Lüğət səhvləri ilə bağlı Sizin fikriniz necədir?
- Lüğət çox böyük diqqət tələb edir. Orada bəzən korrektorun bir səhvi qanunauyğunluq kimi davam edir. Orfoqrafiya lüğəti qanun kitabı kimi bir şeydir. Ona hamı əməl etməlidir. Heç kimin ixtiyarı yoxdur ki, bu qanunu pozsun.
- Əvvəllər səhvləri düzəltmək üçün örnək götürdüyüm nəşrlərin, mətbuatın vəziyyəti mütəxəssis gözündə bu gün necə görünür?
- Bu gün mətbuat sözləri demək olar ki, istədiyi formada yazır, durğu işarələri yerli-yerində verilmir. Sözlərin yazılışında hərc-mərclik var. Bəzisi eyni sözü ayrı, bəzisi bitişik yazır. Çox vaxt bəzi yazıçılar da durğu işarələrini harada işlətmək lazım olduğunu bilmirlər. Qaydalara görə, modal sözlər cümlənin ortasında gələndə hər iki tərəfdən vergül qoyulmalıdır. Ədatlar olduqda isə vergüldən istifadə etmək olmaz. “Mən ki dam-bacadan baxmazdım” cümləsində “ki”dən sonra vergül qoymaq olmaz. Çünki “ki” burada ədatdır. Çox adam “ki” ədatı ilə “ki” bağlayıcısını qarışdırır, bu da səhvlər yaradır. “Həmçinin” sözündə hər iki tərəfdən vergül qoyurlar. Amma vergül həmçinin sözündən əvvəl olmalıdır. Əksər adamlar cümlədəki sözlər arasında yaranan fasilədən sonra səhvən vergül işarəsi qoyurlar, cümlələrin ortasında hansısa sözü böyük hərflə yazırlar. Bunun səbəbini soruşduqda deyirlər ki, mən həmin sözü nəzərə çarpdırmaq istəyirəm. Belə olmaz, dilin qrammatikası şəxs zövqlə qurulmayıb. Dilin qayda-qanunlarına əməl etməliyik. Dilin qrammatikasını mükəmməl öyrənmək lazımdır. “Durğu işarələri” kitabının da təkrar nəşrinə ehtiyac var. Bu kitab sonuncu dəfə akademik Zərifə Budaqova tərəfindən 1977-ci ildə buraxılıb. Gərək bu nəşr təkmilləşdirilsin və çap edilsin. Hazırda bu kitab demək olar ki, heç yerdə yoxdur. Dilimizin qaydalarının pozulmaması üçün gərək belə kitablar tez-tez buraxılsın.
- Mübahisəli məqamlardan biri də eyni sözlərin yazılışının müxtəlif mənbələrdə müxtəlif cür göstərilməsidir. Məsələn, bəzi mənbələrdə “kompüter”, bəzilərində “kompyuter”, bəzilərində “litsey”, bəzilərində “lisey” yazılır. Eyni zamanda, “əmək haqqı” gah bitişik, gah ayrı yazılır. Bunlardan hansı doğrudur? Belə hallarda hansı mənbəyə istinad etmək daha düzgündür?
- Son orfoqrafiya lüğətində “kompyuter”, “lisey” yazılır. Sözün “kompüter” kimi yazılışı düzgün deyil. Söz orfoqrafiya lüğətində necə verilibsə, o formada da yazılmalıdır. “Əmək haqqı” da ayrı yazılmalıdır. Amma “əməkgün” bitişik olmalıdır. Çox adam elə bilir ki, “ağciyər”, “qaraciyər” sözlərini də ayrı yazmaq lazımdır. Amma bu sözlər də bir yerdə yazılmalıdır. Qəzetlərə baxırıq, əsasən “bugünkü” sözünü səhv, yəni ayrı yazırlar. “Bugünkü” sözünü bitişik, amma “ogünkü”nü ayrı yazırıq. Gərək bu cür sözlər bir cür, yəni bitişik yazılsın. Eyni zamanda, “səhərəqədərki”, “bayramaqədərki” sözləri bitişik yazılmalıdır. Çünki bu sözlər bir vurğu ilə deyilir və mürəkkəb söz kimi qəbul edilir. Tərkibində “qeyri”, “külli”, “əks”, “eks”, “vitse”, “kontr”, “super”, “ober”lə başlanan sözlərin hamısı defislə yazılmalıdır. Amma buna riayət edilirmi? Eyni sözün iki cür yazılışı da məqbul hesab edilmir: “qaça-qaç”-“qaçhaqaç”, “kəsəkəs”-“kəshakəs”, “köçəköç”-“köçhaköç”, “pıçapıç”-“pıçhapıç”, “çataçat”-“çathaçat” və s. Bu sözlərin birinci variantları doğru hesab edilməlidir. Biz qərara gəldik ki, bu lüğətdə həmin sözlər iki variantlı verilməsin. Son lüğətdə də bunu əməl edib sözlər “qaça-qaç”, “kəsəkəs”, “köçəköç”, “pıçapıç” kimi göstərilib.
- Hazırda edilən ixtisarlarda qanunauyğunluqlara nə qədər riayət edilir?
- İxtisarlara əlavə edilən şəkilçilər də çox vaxt dolaşıqlıq yaradır. Qaydalara görə, həmin şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin. Yüksək dövlət vəzifələrinin, qurumların, beynəlxalq günlərin bütün baş hərfləri böyük hərflə yazılmalıdır. Məsələn, Ağstafa Rayon Təhsil Şöbəsinin hamısı böyük yazılmalıdır. Hətta bölmə də böyük həriflə lazımdır. Çünki bu qurumun tam adıdır. Amma yalnız lüğətçilik şöbəsi yazıldıqca lüğətçilik böyük, şöbə kiçik hərflə yazılır. Qəzetlərdə Təhsil Nazirliyi yazıb sonra da bunu TN kimi ixtisarla verirlər. Əslində belə ixtisar yoxdur. Belə ixtisarı qəbul etməmişik. Müəyyən vəsaitlərdə, kitablarda bu ixtisar şərti qəbul edilə bilər. Ümumişlək ixtisar kimi isə belə ixtisar yoxdur. MDB, BMT, “Azərnəşr” kimi ixtisarlar isə hamı tərəfindən işlədilir və qəbul edilir. Amma yer çox tutmasın deyə cümlələrdə qısa formada TN kimi yazıla bilər.
- Yeni lüğət orfoqrafiya sahəsindəki mübahisələrə son qoya biləcəkmi?
- Yazı məsələsi həmişə mübahisəli olub. Çünki dil daim inkişafdadır.

5994