Aktiv COVID-19 xəstəsi Bakının mərkəzində belə tutuldu - VİDEO
03 dekabr 2020 15:42 (UTC +04:00)

Aktiv COVID-19 xəstəsi Bakının mərkəzində belə tutuldu - VİDEO

Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları rayon ərazisində ictimai yerdə aktiv COVID-19 xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədovu saxlayıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.  

Onun barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

# 1966
avatar

Mehman Nəbiyev

Oxşar yazılar