Zidan "Real"dan gedir? - AÇIQLADI
02 dekabr 2020 10:02 (UTC +04:00)

Zidan "Real"dan gedir? - AÇIQLADI

İspaniya “Real”ının baş məşqçisi Zinəddin Zidan son oyunlardakı uğursuzluqlardan sonra gündəmə gələn istefası barədə fikirlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında qrup mərhələsinin V turunda “Şaxtyor”a 0:2 hesabı ilə uduzan madridlilərin çalışdırıcısı işinə davam edəcəyini açıqlayıb.

O, oyunsonrası mətbuat konfransında uğursuzluqlara şərh verib: “İstefa barədə düşünmürəm. Ağır dövrlər yaşayırıq. Nəticələr baxımından pis zaman kəsiyidir. Bu, reallıqdır. Amma irəli getməli, yolumuza davam etməliyik. Başımızı dik tutmalı və növbəti matç barədə düşünməliyik. Başqa seçimimiz yoxdur”.

# 2329
avatar

Oxşar yazılar