
Bir COVID-19 xəstəsi aptekdə, digəri küçədə tutuldu - FOTO

Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Xırdalan şəhərində yaşayan Elnarə Hüseynova saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Hüseynova yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. E.Hüseynova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Analoji tədbir Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.
Belə ki, aktiv koronovirus xəstəsi olan Xətai rayonu M.Hadi küçəsində yaşayan Faiq Hüseynova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Faiq Hüseynov barəsində Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 yanvar 2021 , 07:04
Bakıda qadını avtomobil vurdu
21 yanvar 2021 , 05:26
Bakıda “BMW” dekorativ ağaclara çırpıldı - FOTO
21 yanvar 2021 , 02:03Avtomobil kanala aşdı: sürücü ölüb - FOTO
20 yanvar 2021 , 18:30
Ağsu aşırımında hərəkət ÇƏTİNLƏŞDİ-FOTOLENT
20 yanvar 2021 , 15:06
Azərbaycanda bələdiyyə sədri İSTEFA VERDİ
20 yanvar 2021 , 14:50
Süni maketlərlə ov edən ovçular tutuldu
20 yanvar 2021 , 12:22
Gizlin restoran işlətmək icarədara baha başa gəldi
20 yanvar 2021 , 12:20