Su kanalına düşən şəhər sakini xəstəxanaya aparılarkən dünyasını dəyişdi
27 noyabr 2020 22:18 (UTC +04:00)

Su kanalına düşən şəhər sakini xəstəxanaya aparılarkən dünyasını dəyişdi

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mircəlal Paşayev küçəsində  qeydə alınıb.

1964-cü il təvəllüdlü Məmmədov Raqif Yaqub oğlu sözügedən küçədə ehtiyatsızlıqdan su kanalına düşüb. Ağır kələ-beyin travması alan 64 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 1465
avatar

Oxşar yazılar