Azərbaycanlı biznesmen bu ticarət mərkəzini  aldı
04 sentyabr 2026 11:45 (UTC +04:00)

Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı

0

Azərbaycanlı biznesmen ticarət mərkəzini alıb.

Lent.az xəbər verir ki, söhbət “Qazprombank-invest” MMC-nin balansında olan “Qorod Kosino” ticarət mərkəzindən gedir.

Qeyd olunur ki, “Qazprombank-invest” MMC-ni Azərbaycanın “AF Holding” şirkətinin təsisçisi Azay Möhnətovun oğlu Aqil Möhnətova məxsus “Afkap” MMC alıb.

Ümumi sahəsi 130 min kvadratmetr olan “Qorod Kosino” ticarət mərkəzi 2021-ci ilin sonunda açılıb. Obyektin developeri TEN qrupu olub. Qrup bir il əvvəl layihəyə tərəfdaş qismində “Qazprombank-invest”i cəlb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar