Putin Azərbaycan və Ermənistan liderləri ilə danışıb
24 noyabr 2020 18:44 (UTC +04:00)

Putin Azərbaycan və Ermənistan liderləri ilə danışıb


Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışıqları zamanı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı əlavə addımlar müzakirə olunub.

Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderləri regionda qarşılıqlı iqtisadi əlaqələrə, həmçinin nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələlərinə toxunulub.

Bundan başqa, V. Putin Prezident İlham Əliyev və N. Paşinyanla Qarabağla bağlı razılaşmanın icrası və Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabrda Bakı və İrəvana baş tutmuş səfərinin nəticələrini müzakirə edib.

# 2359
avatar

Oxşar yazılar