Bu dəfə Braziliya qarışdı: mühafizəçilər qaradərilni öldürüb - VİDEO
22 noyabr 2020 02:20 (UTC +04:00)

Bu dəfə Braziliya qarışdı: mühafizəçilər qaradərilni öldürüb - VİDEO

Braziliyanın San-Paulo şəhərində yerləşən Fransa şəbəkəsinə aid “Carrefour” ticarət mərkəzində 40 yaşlı qaradərili alıcı mühafizəçilər tərəfindən döyülərək öldürülüb. 

APA yerli “Diario de Pernambuco” nəşrinə istinadən xəbər verir ki, qaradərilinin öldürülməsindən sonra “Black Lives Matter” hərəkatının üzvləri ticarət mərkəzində hücum ediblər. 

Sosial şəbəkələrdə yayımlanan videolarda etirazçılar tərəfindən dükanların talan edilərək yandırıldığı əksini tapıb.  

Hadisənin əks-sədası Kuritibe və Porto Aleqre şəhərlərində yaşanıb. Burada "Vidas pretas importam" hərəkatının üzvləri analoji addım atıb.

# 1852
avatar

Oxşar yazılar