Səfirlik: İranda erməni hərbçilərin olub-olmaması dəqiqləşdirilir
21 noyabr 2020 12:50 (UTC +04:00)

Səfirlik: İranda erməni hərbçilərin olub-olmaması dəqiqləşdirilir

İranın Ermənistandakı səfirliyi İran ərazisində erməni hərbçilərinin olması barədə məlumatlarla bağlı açıqlama yayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, açıqlamada bildirilib ki, hazırda səfirlik bir neçə erməni əsgərinin İran ərazisində olması barədə təsdiqlənməmiş xəbərləri dəqiqləşdirir:

“Səfirlik hazırda bu xəbəri təsdiqləyə bilmir, ancaq araşdırmaların nəticəsi ən qısa zamanda açıqlanacaq. Səfirlik həmin əsgərlərin ailələrinin narahatlığını bölüşərək, ailələrdən birbaşa səfirliyə müraciət etməkdən çəkinmələrini və məsələ ilə bağlı Ermənistan hökumətindəki aidiyyəti orqanlar vasitəsilə məlumat əldə etmələrini xahiş edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2278

Oxşar yazılar