Cütlük yeni köçdükləri evdən 25 min dollarlıq qədim sikkə tapdı
21 noyabr 2020 08:44 (UTC +04:00)

Cütlük yeni köçdükləri evdən 25 min dollarlıq qədim sikkə tapdı

ABŞ-ın Cənubi Karolina ştatında yeni evə köçən cütlük oradan 25 000 dollar dəyərində qədim qızıl və gümüş sikkələr tapıblar.

APA “CNN”-ə istinadən xəbər verir ki, sikkələr sonradan evin keçmiş sahibinə qaytarılıb.

Bildirilir ki, evin yeni sahibi Ceyms Manford sanitar qovşaqdakı dolabın rəflərində sikkələrdən ibarət bütöv bir kolleksiya aşkar edib. Rəflərdə 1800-cü illərdə çap olunmuş 46 qızıl sikkə və 18 gümüş sikkə olub.

Evin keçmiş sahibi bildirib ki, həmin sikkələrin dəyəri təxminən 25 000 dollardır. Kolleksiyanın qalan hissəsi isə seyfdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar