108
16:53
16 Noyabr 2020

Ohanyanın Qarabağda ağır yaralanan oğlu öldü

Ermənistan ordusunun hərbi qulluqçuları Ermənistanın 8-ci Müdafiə rayonunun komandiri, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyanın ölməsi barədə məlumat paylaşıb.
Lent.az ordu.az-a istinadla xəbər verir ki, onun cəsədi artıq Ermənistana aparılıb.

Qeyd edək ki, Artur Ohanyan oktyabrın 7-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları zamanı ağır yaralanmışdı. Onun iki ayağı da amputasiya olunmuşdu.

Xatırladaq ki, Şuşa uğrunda döyüşlərdə Seyran Ohanyanın özünün də yaralandığı barədə məlumatlar yayılmışdı.

Dİgər xəbərlər