Şuşadan 150 erməni hərbçinin cəsədi çıxarıldı, yüzlərlə cəsəd...
16 noyabr 2020 11:32 (UTC +04:00)

Şuşadan 150 erməni hərbçinin cəsədi çıxarıldı, yüzlərlə cəsəd...

Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyan ermənilərə müraciət edib.

Lent.az xəbər verir ki, o, bu barədə özünün “Facebook” hesabında məlumat paylaşıb. Qondarma rəhbər etdiyi paylaşımda bu gün çətin günlərindən biri olduğunu qeyd edib:

“Bu gün növbəti çətin günlərimdən biridir. Nəzarətimizdə olan ərazilərin və hərbçilərimizin bir hissəsini qoruduq. Ancaq çoxlu sayda canlı qüvvə və texnika itirdik. Şuşadan çıxan 150 erməni əsgərin cəsədi də buna sübutdur. Hələ yüzlərlə cəsəd ortalıqda qalıb. Cəsədləri ortalıqda qalan həmin hərbçi qohumlarının acılarını paylaşıram”.

O, verdikləri ağır itkilərdən və siyasi böhrandan narahat olduğunu da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1229

Oxşar yazılar