"Qaçış yarışı keçirilsə, Ronaldo məni keçər" - Useyn Bolt
14 noyabr 2020 18:00 (UTC +04:00)

"Qaçış yarışı keçirilsə, Ronaldo məni keçər" - Useyn Bolt

Qaçış üzrə 8 qat Olimpiya çempionu Useyn Bolt “Yuventus”un futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

 34 yaşlı idmançı portuqaliyalı hücumçunu hazırda özündən daha sürətli hesab edir:

 

“Aramızda yarış keçirilsə, Kriştiano qazanardı. Tam inamla deyirəm. Çünki hələ də formasındadır. Onu superidmançı hesab edirəm.

Ronaldo həmişə idmanın zirvəsindədir. Hər gün çox çalışır. O, daim diqqət mərkəzindədir. Ronaldonun hazırda məndən daha sürətli olduğunu düşünürəm”./qol.az 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1337

Oxşar yazılar