Dost ölkə vətəndaşları qələbəmizi belə təbrik etdilər - FOTO - VİDEO
13 noyabr 2020 13:35 (UTC +04:00)

Dost ölkə vətəndaşları qələbəmizi belə təbrik etdilər - FOTO - VİDEO

Uzun illərdir erməni terrorçuların işğalı altında olan torpaqlarımızın azad olunması dost ölkə vətəndaşlarını da sevindirib.

Lent.az-ın məlumatına görə, belə ki, türkiyəli və pakistanlı “Twitter” istifadəçiləri öz sevinclərini müxtəlif foto və videolar paylaşmaqla ifadə ediblər. Onlardan bir neçəsini təqdim edirik:

Türkiyəli Reza Siami öz təbrikini, qələbəni sevgiyə çevirən gənclərimizi paylaşaraq bildirib. O, həmin fotonu 1945-ci il İkinci Dünya Müharibəsinin sonundakı eyni görüntü ilə müqayisə edib:

Pakistanlı sahibkar Məhəmməd Bəsit: “Demək olar ki, bütün Dağlıq Qarabağ sülh razılaşmasından sonra yenidən Azərbaycanın nəzarətinə verilir. Bu azərbaycanlıların aydın qələbəsidir, müharibəni belə qazanarsan”.

Pakistanlı həkim Adil Mahmud: “28 il əvvəl Dağlıq Qarabağdan analarının qucağında qayıdan uşaqlar indi tanklara minərək öz torpaqlarını azad edirlər. Allahım müsəlmanlar qalib gəlsin, qələbəni müsəlmanlara nəsib et!”.

Pakistanlı biznesmen Məhəmməd İmmad sevincini bölüşərək əsgərlərimizin Şuşada gəzdiyi videonu paylaşıb: “Heç kimə müharibə qismət olmasın. Hər gecə silahla qucaqlaşaraq soyuqda yatmaq qəddar idi. Bu gündən Şuşada gəzən Azərbaycan əsgəri”.

Digər tərəfdən ermənilərin daha bir biabırçılığını əks etdirən foto sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb. Belə ki, onların Kəlbəcərdən çıxarkən unitazı da götürməsi gülüş hədəfinə çevrilib.

Məhəmməd İmmadın Şuşada gəzən Azərbaycan əsgərlərinin "Twitter"də paylaşdığı video:

# 10153
avatar

Mehman Nəbiyev

Oxşar yazılar