Qarabağda “Maştağa 1 N-li internat” sözlərinin müəllifini Lent.az tapdı : “6 yaşından orda...”
13 noyabr 2020 12:17 (UTC +04:00)

Qarabağda “Maştağa 1 N-li internat” sözlərinin müəllifini Lent.az tapdı : “6 yaşından orda...”

“Bu foto hardasa 10 gün əvvəl Hadrutda çəkilib. Açığı gözləməzdim ki, bu şəkil belə yayılar, səs-küyə səbəb olar”.

Söhbət Vətən Müharibəsinin iştirakçısı Elçin Əhmədovun Qarabağda tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözlərindən və lentə alınan fotodan gedir. Bunları Lent.az-a danışan isə Elçinin qardaşı Arazdır. Araz deyir ki, hazırda ikimiz də cəbhədəyik:

-Bura könüllü  gəlmişik. Hələ də buradayıq. Vətənə xidməti tam başa vurduqdan sonra qayıdacağıq.

Maraqlıdır, bəs niyə Elçin divara “Maştağa 1 N-li internat” sözlərini yazıb?

-Hər iki valideynimizi itirdikdən sonra , Elçin 6 yaşından etibarən dövlət himayəsində böyüyüb. Əvvəl Lənkəranda Osman Mirzəyev adına uşaq evində, daha sonra isə Maştağa 1 saylı internatda.

Hə, Maştağa 1 saylı internatı özünə ev bilən Elçin, divarlara da oranın adını həkk edib. 33 yaşlı Elçin indi 3 övlad atasıdır.

Salamat qayıt, qəhrəman Azərbaycan əsgəri!

Qeyd edək ki, Əhmədov qardaşlarının həyat hekayəsi illər öncə Lent.az-ın “İnternat dramı” layihəsində işıqlandırılıb. Tanımayanlar üçün linkləri paylaşırıq. Görün necə mərd, cəsur və ləyaqətli insanlardılar...

https://news.lent.az/news/185836

https://news.lent.az/news/186494

https://news.lent.az/news/187347

 

https://news.lent.az/news/188697

# 6436
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar