299
11:01
13 Noyabr 2020

Gürcüstanda koronavirusdan ölənlərin sayı 37 nəfər artdı

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 473 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 73 154 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 636 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 52 169 nəfərin sağaldığı bildirilir.

Dİgər xəbərlər