64
10:34
12 Noyabr 2020

Çavuşoğlu: "Ermənistan atəşkəsi yenə pozsa, ağır nəticəsini görər"

“İşğal olunmuş torpaqların hamısı azad ediləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı təqvimə riayət etməyəcəyi halda hansı addımların atılacağına dair sualı cavablandırarkən bildirib.

M. Çavuşoğlu deyib ki, anlaşmanın altında Ermənistan baş nazirinin imzası var: “Ermənistan bundan əvvəl 3 dəfə atəşkəsi pozdu, nəticəsini gördü. Yenə pozarlarsa, yenə də ağır nəticəsini görərlər. Bundan əvvəl Azərbaycan çox səbr etdi, bundan sonra seçim Ermənistanındır. Ya könüllü anlaşmaya əməl edərək işğal edilmiş torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu bu günə qədər olduğu kimi torpaqlarını alacaq. Həyatın gerçəkləri var. Ermənistan bölgədə sabitlik əldə olunandan sonra bundan necə faydalanacaq, o barədə düşünməlidir”.

Dİgər xəbərlər