Yağlı qidalara meylli olmağın beyindəki səbəbi  nədir?
16 avqust 2026 23:31 (UTC +04:00)

Yağlı qidalara meylli olmağın beyindəki səbəbi nədir?

0

Yeni araşdırma insanların yağlı qidalara niyə daha çox meyl etdiyinə dair beyindəki mexanizmlərdən birini üzə çıxarıb.

Lent.az xəbər verir ki, tədqiqatçıların müəyyən etdiyinə görə, iştahın tənzimlənməsində iştirak edən beyin hüceyrələrindəki OPA1 adlı zülal yağlı qidalara olan meylə təsir göstərə bilər.

Zülalın fəaliyyətində pozuntu olan siçanlarda yağlı qida qəbulunun və çəki artımının yüksəldiyi müşahidə edilib.

Alimlər hesab edirlər ki, nəticələr piylənmənin yalnız iradə və qidalanma vərdişləri ilə bağlı olmadığını, beyindəki bioloji mexanizmlərin də bu prosesdə mühüm rol oynadığını göstərir.

Araşdırmanın gələcəkdə piylənmə ilə mübarizə üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə biləcəyi düşünülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 96

Oxşar yazılar