Putinin səhhəti və istefası ilə bağlı şayiələrə Kremldən CAVAB
06 noyabr 2020 13:58 (UTC +04:00)

Putinin səhhəti və istefası ilə bağlı şayiələrə Kremldən CAVAB

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin vəzifəsini tərk etmək fikrində olmadığını söyləyib.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, Peskov beləliklə, dövlət başçısının sağlamlıq səbəbindən istefası ilə bağlı mediada yayılan şayiələrə münasibət bildirmək istəyini cavablandırıb,

“Bu tamamilə cəfəngiyyatdır. Prezidentin səhhəti ilə bağlı hər şey yaxşıdır”, - Peskov vurğulayıb.

Bundan əvvəl İngiltərənin "The Sun" nəşri, Rusiya liderinin səhhətindəki problemlər səbəbindən istefası barədə xəbər verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138

Oxşar yazılar