Pentaqon rəhbəri istefa ərizəsini hazırladı
06 noyabr 2020 04:16 (UTC +04:00)

Pentaqon rəhbəri istefa ərizəsini hazırladı

ABŞ-ın Müdafiə naziri Mark Esper öz istəyi ilə istefa ərizəsini hazırlayıb.

APA-nın məlumatına görə, bu barədə NBC televiziyası Pentaqondakı üç mənbəyə istinad edərək məlumat yayıb.

Esperin istefası ilə bağlı son qərarı ABŞ-ın hazırkı Prezidenti Donald Trampın verəcəyi bildirilir. 

Məlumata görə, Pentaqon rəhbəri bu addımı Tramp Administrasiyasındakı mənbələr tərəfindən səsləndirilən “seçkilərdən sonra Mark Esperin istefaya göndərilməsi planlaşdırılır” fikri ilə bağlı atdığı deyilir.

Xatırladaq ki, avqustun əvvəlində “Bloomberg” Trampın seçkidə qalib gələcəyi təqdirdə Esperi vəzifəsindən uzaqlaşdırmağı düşündüyünü bildirmişdi. ABŞ lideri Minnesotada afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-da baş verən etirazlar səbəbindən bu qərara gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar