"Vice News"un müxbiri Qarabağ müharibəsindən paylaşım etdi: "Məni təəccübləndirən..." - FOTO
05 noyabr 2020 14:21 (UTC +04:00)

"Vice News"un müxbiri Qarabağ müharibəsindən paylaşım etdi: "Məni təəccübləndirən..." - FOTO

"Vicenews" telekanalının əməkdaşı Hind Hassan ermənilərin Gəncə və Tərtərdə terror törətməsi ilə bağlı özünün instaqram hesabında paylaşım edib.

Lent.az-ın məlumatına görə, jurnalist paylaşımda bildirib ki, Dağlıq Qarabağ münaqişəsini Azərbaycandan işıqlandırarkən qanlı müharibə və ölüm hallarına baxmayaraq, insanların dözüm və dəyanəti, orduya, dövlətə dəstəyi onu təəccübləndirib:

"İnsanlar şəhid övladlarını dəfn edir, heç kim müharibənin bitməsini istəmir. Dünyanın çox yerində müharibənin ağır zərəri kasıbların üzərinə düşür. Ancaq Azərbaycanda hazırda kimsə elə düşünmür, əksinə döyüşmək üçün cəhd etdiklərini söyləyir. 27 ildir diplomatiya və baş tutan görüşlər Qarabağ münaqişəsinin həlli üçün heç bir fayda vermədi. Artıq münaqişə bitməli, yurd-yuvasından didərgin düşən 700 mindən çox adamın geri qayıtması təmin olunmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1691

Oxşar yazılar