26
13:12
05 Noyabr 2020

Ermənilərin yaratdığı saxta səhifələri necə tanıyaq? - RƏSMİ

Bəzən hiyləgər düşmən insanlar arasında təşviş yaratmaq və dezinformasiya yaymaq məqsədilə "Facebook" sosial şəbəkəsində saxta səhifələr yaradaraq Azərbaycan dilində idarə edir.

Bəs saxta səhifələri necə ayırd etmək olar?

Lent.az xəbər verir ki, bu barədə “Elektron hökumət” portalı "Facebook" səhifəsində paylaşım edib. Paylaşımda bildirilib ki, bunun üçün səhifənin sol tərəfində yerləşən "Haqqında", "Şəkillər" və "Videolar" bölməsindən sonra gələn "Səhifə şəffaflığı" ("Sayfa Şeffaflığı" , "Page Transparency", "Прозрачность Страницы") bölməsində "Hamısına bax" ("Tümünü Gör", "See all", "Все") düyməsinə klik etmək lazımdır:

"Açılan pəncərədə səhifənin yaradılma tarixi, əgər adı dəyişdirilibsə, adının dəyişdirilmə tarixi, dəyişmədən öncəki adı və səhifənin hansı ölkədən idarə olunması haqqında məlumatlar əks olunur. Saxta səhifə ilə (Ermənistandan idarə olunan) qarşılaşdığınız təqdirdə səhifənin yuxarı sağ küncündə yerləşən "... üç nöqtə " hissəsinə klik edərək açılan bölmədə "Dəstək tap və ya Səhifəni şikayət et" bölməsinə keçid edib səhifəni "Fırıldaqçılıq və saxta səhifə" olaraq şikayət etmək mümkündür".

Dİgər xəbərlər