Lənkəranda narkotik alverçisi saxlanılıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Abdullayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin götürülüb.