Gürcüstanda daha 20 nəfər koronavirusdan öldü
05 noyabr 2020 11:26 (UTC +04:00)

Gürcüstanda daha 20 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 401 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 49 218 nəfərə, ölənlərin sayı isə 401 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 33 459 nəfərin sağaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar