Türkiyənin ən yüksək dağı olan Ağrı dağında Azərbaycan-Türkiyə bayraqları əks olunacaq.
Lent.az məlumat verir ki, bu barədə Ağrı bələdiyyəsinin sədri Savcı Sayan “Twitter” hesabında bildirib:
“Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfindən bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana stimul olar”.
Qeyd edək ki, Ağrı dağı Ermənistandan 32 kilometr qərbdədir.