Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq
03 noyabr 2020 14:57 (UTC +04:00)

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Pakistan səfiri "Twitter"də bildirib.

Səfir Bilal Hayee bildirib ki, görüşdə Pakistan və Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.

"COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam", - deyə səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar