Gecə Bakıya uçuşlar ləğv olundu - PUA HÜCUMU
02 sentyabr 2026 12:56 (UTC +04:00)

Gecə Bakıya uçuşlar ləğv olundu - PUA HÜCUMU

0

Bu gün də PUA hücumları ilə əlaqədar Rusiyanın ən iri hava limanları olan Şeremetyevo, Domodedovo, Vnukovo, Pulkovo və Soçidə uçuş cədvəlində genişmiqyaslı pozuntu qeydə alınıb.

Lent.az xəbər verir ki, yüzlərlə reys bir neçə saat gecikir, onlarla reys isə ləğv edilib. Ən mürəkkəb vəziyyət Kalininqrad, Soçi, Sankt-Peterburq və Antalya istiqamətlərində yaranıb.

Gecikmələr sentyabrın 1-i axşam saatlarından başlayıb. Moskvanın "Vnukovo" hava limanından “S7 Airlines-ın Bakıya saat 23:50-yə planlaşdırılan S7 4141 reysi ləğv edilib.

Həmin aeroportdan həmçinin “Azərbaycan Hava Yolları”nın Bakıya J2 806 reysi isə saat 23:50-dən sentyabrın 2-si saat 14:00-a keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar