Oğurluqda şübhəli bilinən yeniyetmə narkotiklə saxlanıldı
30 oktyabr 2020 19:32 (UTC +04:00)

Oğurluqda şübhəli bilinən yeniyetmə narkotiklə saxlanıldı

Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də rayon ərazisindəki 2 mağazadan 40 manat pul, planşet, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 8 qramdan artıq heroin götürülüb.

 

# 820
avatar

Mehman Nəbiyev

Oxşar yazılar