Buraxılış və qəbul imtahanları birləşdirilsin - Deputatdan TƏKLİF
27 oktyabr 2020 12:18 (UTC +04:00)

Buraxılış və qəbul imtahanları birləşdirilsin - Deputatdan TƏKLİF

Deputat Aqiyə Naxçıvanlı bu tədris ilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib.

APA-nın məlumatına görə, deputat bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı onlayn təhsilin davam etdirilməsində çox böyük çətinliklər var: “Buna görə də valideynlər tərəfindən mənə belə müraciətlər daxil olur. Mən də bu müraciətləri burada səsləndirirəm. Heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin”.

# 721
avatar

Oxşar yazılar