Dünyada koronavirusa yoluxma sayında yenidən REKORD ARTIM
25 oktyabr 2020 06:15 (UTC +04:00)

Dünyada koronavirusa yoluxma sayında yenidən REKORD ARTIM

Dünyada son sutka ərzində növbəti dəfə rekord sayda artım qeydə alınıb.

APA-nın məlumatına görə bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirlib.

Yoluxma sayı son 24 saat ərzində 465 mindən çox artaraq 42 milyonu keçib, ölüm sayı isə 6,5 mindən çox artaraq 1,14 milyondan çox olub.

Yenə də gündəlik ən çox yoluxma Avropa qitəsində müşahidə edilib – 221 888. İkinci yerdə Şimali və Cənubi Amerika (143 313 hadisə), üçüncü yerdə isə Cənub-Şərqi Asiya (66 084) qərarlaşıb.

Ölkələr arasında isə ümumi yoluxma sayında liderlik ABŞ-dadır - 8 320 491. Hindistanda 7 814 682, Braziliyada 5 323 630, Rusiyada 1 497 167, Argentinada 1 053 650, İspaniyada 1,046,132, Fransada 1 010 554, Peruda 879 876, Meksika 874 171, Böyük Britaniyada 831 002 və Cənubi Afrikada 712 412 yoluxma qeydə alınıb.

 

# 1039
avatar

Oxşar yazılar