22
14:10
24 Oktyabr 2020

"Qəbələ" - "Səbail": Heyətlər açıqlandı

Bu gün Azərbaycan Premyer Liqasında I dövrənin son turuna start veriləcək.

Apasport.az saytının məlumatına görə, VII turun ilk günündə iki görüş keçiriləcək.

Qəbələdə baş tutacaq ilk matçda autsayderlər üz-üzə gələcək. “Qəbələ” cari mövsüm ilk qələbəsini qazanmağa çalışacaqsa, eyni sayda xala malik “Səbail” ondan uzaqlaşmağın yollarını axtaracaq. Bu qarşılaşma ilk dövrəni sonuncu pillədə bitirəcək komandanı müəyyənləşdirəcək.

Ardından paytaxt derbisi olacaq və turnir cədvəlindəki qonşular “Keşlə” ilə “Neftçi” münasibətlərinə aydınlıq gətirəcəklər. Ötən mövsümün müvafiq olaraq bürünc və gümüş mükafatçıları qələbə sayəsində zirvəyə yüksələ bilər.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək. “Sabah” “Sumqayıt”ı (14:00), “Zirə” isə “Qarabağ”ı (16:00) qəbul edəcək.

Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Səbail”
“Qəbələ”: 1. Anar Nəzirov (k), 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 26. Stefan Vukçeviç, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 11. Rauf Əliyev, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 2. Arsen Ağcabəyov
Baş məşqçi: Aftandil Hacıyev
Qəbələ şəhər stadionu

16:00. “Keşlə” – “Neftçi”
“ASK Arena”

1

Sumqayıt

6

3

2

1

9-6

11

2

Zirə

6

3

1

2

8-8

10

3

Neftçi

6

3

1

2

6-6

10

4

Keşlə

6

2

3

1

6-4

9

5

Qarabağ

5

2

2

1

8-4

8

6

Sabah

6

2

0

4

6-7

6

7

Səbail

5

1

1

3

6-8

4

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 5 qol.

Dİgər xəbərlər