Rusiyada son sutkada 16 521 nəfər koronavirusa yoluxub
24 oktyabr 2020 12:14 (UTC +04:00)

Rusiyada son sutkada 16 521 nəfər koronavirusa yoluxub


Rusiyada son sutka ərzində daha 16 521 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 497 167 nəfərə çatıb.

Son sutka ərzində 296 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 25 821 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 904
avatar

Oxşar yazılar