Rusiya adam öldürməkdə təqsirləndirilən ermənini beynəlxalq axtarışa verdi
24 oktyabr 2020 13:40 (UTC +04:00)

Rusiya adam öldürməkdə təqsirləndirilən ermənini beynəlxalq axtarışa verdi

Rusiya hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşını beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1980-ci ildə anadan olan Ermənistan vətəndaşı Artak Ulikhanyan Rusiya ərazisində qətl törətməkdə təqsirli bilinir.

Həmin şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onların saxlanması ilə bağlı İnterpola müraciət edilib. 

# 718
avatar

Oxşar yazılar