ABŞ millisi dünya çempionatından imtina etdi
23 oktyabr 2020 14:39 (UTC +04:00)

ABŞ millisi dünya çempionatından imtina etdi

Güləş üzrə ABŞ yığması dünya çempionatında iştirak etməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Yığma üzvlərinin təhlükəsizliyini nəzərə alan yerli federasiya komandanın mundiala qatılmamasını məqsədəuyğun sayıb. Bu üzdən də amerikalılar bu il Serbiyada təşkil olunması planlaşdırılan yarışı buraxacaq.

Qeyd edək ki, dünya çempionatı dekabrın 12-20-də Belqradda keçiriləcək.

# 667
avatar

Oxşar yazılar