Bakıda evdən 130 min manat oğurlandı
22 oktyabr 2020 12:11 (UTC +04:00)

Bakıda evdən 130 min manat oğurlandı

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130 min manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılıblar.

# 673
avatar

Mehman Nəbiyev

Oxşar yazılar