22
11:03
22 Oktyabr 2020

Doğma kəndinin azad olunmasına sevinməyənlər: yaxud erməni mediası niyə "Meydan TV"yə istinad edir?

Həmişə olduğu kimi “Meydan TV” növbəti dəfə özünün ermənilərlə bağlılığını ortaya qoyub. Artıq neçənci dəfədir ki, bu kanala və onun əməkdaşlarının ermənilərlə işbirliyi fərqli təzahürlərlə ifşa olunur. Bu qondarma informasiya orqanı doğma vətənimizin və dövlətçiliyimizin əleyhinə yönəlmiş məkrli fəaliyyətlərin mərkəzində qərar tutur.

Saytın yaradıcıları Azərbaycana nifrəti ilə seçilən bəzi beynəlxalq media vasitələrinə, xüsusən də erməni mətbuatına uydurma xəbərlər tirajlamaqla məşğuldurlar. Təsadüfi yerə deyil ki, erməni mətbuatı Azərbaycanla bağlı yaydığı informasiyalarda birmənalı olaraq “Meydan TV”yə istinad edir. Obrazlı dillə desək, “Meydan TV” sapı özümüzdən olan baltalar tərəfindən yaradıldığı üçün, informasiya müharbəsində düşmən mövqedə dayanmış erməni və yaxud ermənipərəst media vasitələri üçün əvəzolunmaz istinad mənbəyi və hər zaman əmrə hazırdılar.

Bu dəfə xaricdəki erməni havadarları “Meydan TV”nin timsalında Azərbaycana qarşı ənənəvi anti-kampaniya aparan “şəbəkəsini”ni aktivləşdirməyə başlayıb. Prosesə start vermək üçün yenə də köhnə adamlardan istifadə olunur.

Corc Soros layihələrinin fəal iştirakçısı olan Emin Hüseynov qəflətən “sülh carçısı” qismində çıxış etməyə başlayıb. Cəbhədə qəhrəmanlıq göstərən əsgərlərimizin ərazilərimizin bütövlüyü uğrunda yox, “Azərbaycan hakimiyyətinin güclənməsi naminə” vuruşduğunu iddia edən E. Hüseynov hərbi əməliyyatların dayandırılmasına çağırış edib. Ondan əvvəl isə “Meydan TV”nin başqa bir əməkdaşı sosial şəbəkələrdə etdiyi paylaşımla ictimaiyyətin böyük təpgisiylə üzləşmişdi.

Söhbət “Meydan TV”nin Tiflis bürosuna qeyri-rəsmi rəhbərlik edən Aytən Fərhadovadan gedir. Aytən Fərhadova "Facebook”da yazdığı statusla özünün və əməkdaşlıq etdiyi komandanın əsl simasını növbəti dəfə ortaya qoyub. Doğulduğu, ata yurdu Zəngilanın Məmmədbəyli kəndinin işğaldan azad edilməsinə belə sevinməyən xanım Fərhadova yazır: "Ermənistan babalarımın mülkiyyət hüquqlarını tanısın və insanımın təhlükəsizliyini təmin etsin Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur” – cümləsi bu xanımın əsl mahiyyətini ortaya qoyur. Fikir verin doğma kəndinin

Ermənistanın belə ərazisində olmasının belə fərində olmadığını bildirmək, nə deyəmkdir? Heç kimə sirr deyil ki, “Meydan TV” müxtəlif erməni müəlliflərlə əməkdaşlıq edib. Onnik Krikoriyan, Qayana Mkrtıçyan, Edita Badasyan kimi erməni jurnalistlər sülhlə bağlı “layihələrini” “Meydan TV” vasitəsiylə yayıblar. Bu həmin Onnikdi ki, bir qədər əvvəl sosial şəbəkədəki iş elanın paylaşmışdı. Həmin iş elanında göstərilirdi ki, “Meydan TV”nin Tiflis bürosuna müxbir axtarılır. Bunun üçün şərt olaraq ingilis, Azərbaycan dilləri, habelə rus, türk dillərini bilmək irəli sürülür. Burda bir məqam da qeyd edək ki, erməni sosial media seqmentinin üzdə olan bloggerləri “Meydan TV”nin materiallarına istinadlar ediblər. Məsələn, 2016-cı ilin aprel döyüşlərində Ani Marqaryan adlı erməni "Facebook" sosial şəbəkəsində "Meydan TV"nin yazısını paylaşaraq öz həmyerlilərini sakitləşdirməyə cəhd edir və onları əmin etməyə çalışır ki, guya Azərbaycan müharibəyə hazır deyil.

Marqaryan "Meydan TV"yə istinadən edərək qeyd edir ki, guya Azərbaycanda devalvasiyadan sonra insanların hökumətə olan inamı tamamilə azalıb, iqtisadi böhrana görə azərbaycanlılar müharibəyə hazır deyillər. Erməni sosial şəbəkə istifadəçiləri məhz"Meydan TV"nin səhifəsindən paylaşımlar edərək ermənilərdə ruh yüksəkliyi yaratmağa cəhd göstərirlər. Meydan TV” təkcə dezinformasiya hazırlamaqla kifayətlənmir, eyni zamanda, bu informasiyaları erməni saytlarına, ümumilikdə isə dünya mətbuatına ötürür. Hazırda Meydan TV” ilə bağlıcı olmayan Ələkbər Əliyev bir müddət əvvəl belə bir fikir səsləndirmişdi.

“Qiymət vermirəm. Sadəcə, olduğu kimi dilə gətirilməsini istəyirəm ki, "Meydan TV"nin “Azadlıq Radiosu”ndan, “BBC”dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə otutub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir”. Və bu bossların hesabına “Meydan TV” əməkdaşları sıradan Azərbaycan jurnalistinin qibtə edəcəyi qədər əməkhaqqı alırlar. Buna görə isə, bir manat da vergi ödəmirlər.

Türkiyə ermənilərinin aparıcı media orqanı “AGOS” qəzeti də “Meydan TV”nin “məhsul”unu həvəslə manşetinə çıxarır. “Meydan TV” ilə AGOS arasında koordinasiyanı “milli üz qaralarımızdan” biri olan Arzu Qeybulla həyata keçirir. Ermənistanın daxilində vəziyyət olduqca pisdir. Bununla da Soros anti-Azərbaycan şəbəkəsinə tapşırıq verib ki, müharibə əleyhinə çıxsınlar.

“Meydan TV”, Emin Hüseynov, Arzu Qeybullayeva da artıq bu tapşırıqla bağlı fəaliyyətə başlayıblar. Soros onların vasitəsilə ilk növbədə Azərbaycanda daxildə, sonra isə bu çıxışları rəsmi səviyyəyə qaldırmaq istəyir. Corc Soros layihələrinin fəal iştirakçısı olan Emin Hüseynov qəflətən “sülh carçısı” qismində çıxış etməyə başlayıb. Cəbhədə qəhrəmanlıq göstərən əsgərlərimizin ərazilərimizin bütövlüyü uğrunda yox, “Azərbaycan hakimiyyətinin güclənməsi naminə” vuruşduğunu iddia edən E. Hüseynov hərbi əməliyyatların dayandırılmasına çağırış edib. Məhz Sorosun Ermənistandakı nümayəndəsi olan Nikol Paşinyan hərbi və siyasi məğlubiyyətin astanasında olduğu bir vaxtda eyni şəbəkənin Azərbaycandakı qolu fəallaşır və “sülh çağırışlarına” başlayır. “Meydan TV”nin Azərbaycanda fəaliyyəti qeyri-qanunidir. Onun qeyri-qanuni freelance jurnalistlərinin fəaliyyətinə də imkan verilməməlidir. Bu nə qədər tez baş tutsa, o qədər yaxşıdır.

Dİgər xəbərlər