Arvadını öldürüb cəsədini 2 saat maşınla gəzdirdi - FOTO
22 oktyabr 2020 19:26 (UTC +04:00)

Arvadını öldürüb cəsədini 2 saat maşınla gəzdirdi - FOTO

Türkiyənin İstanbul şəhərində dəhşətli ailə faciəsi yaşanıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən il martın 16-da şəhərin Baxçalıevlər məhəlləsində baş verib. 22 yaşlı Eren Ərdoğan boşanma ərəfəsində olduğu 4 ay əvvəl ailə qurduğu həyat yoldaşı, 22 yaşlı Fatma Ərdoğana 2 dəfə atəş açaraq onu öldürüb. Sonra onun cəsədini maşında saxlayaraq, şəhərdə 2 saat dolaşıb.

Məhkəmədə E.Ərdoğana ağırlaşdırıcı ömürlük həbs cəzası və ya 13 il həbs cəzası istənilib. Bu il sentyabrın 28-də keçirilən məhkəmə prosesində isə qatilə yüngülləşdirici ömürlük həbs cəzası verilib.

# 1297
avatar

Mehman Nəbiyev

Oxşar yazılar